
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas amerikanın terrorist prezidenti Donlad Trampın "əsrin sövdələşməsi" adlı Fələstin üçün "sülh" planına görə BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.
Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasına yola düşəcək. Bu barədə Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur məlumat verib.
Bildirilib ki, Mahmud Abbas Fələstinin rəsmi şikayətini bildirmək üçün iki həftə sonra şəxsən özü Nyu-Yorka BMT Təhlükəsizlik Şurasının iclasına gedəcək.
Qeyd edək ki, Trampın Fələstin planı başda müxtariyyət olmaqla bütün fələstinli hərəkatları və əksər ərəb dövlətlərini qəzəbləndirib.
Trampın Fələstin planına görə Ərəb Dövlətləri Liqası da toplantı keçirəcək.
Terrorist Trampın bu qərarını Qətər, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı dəstəkləyib.