IQNA

Fələstində Trampın planına və İsrailə qarşı aksiyalar keçirilib, ölən və yaralananlar var

21:49 - February 08, 2020
Xəbər sayı: 3486645
İordan çayının qərb sahilinin müxtəlif şəhərləri ötən gün gecə saatlarına qədər İsrailə qarşı izdihamlı etirazların şahidi olub. İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordan çayının qərb sahilinin müxtəlif şəhərləri ötən gün gecə saatlarına qədər Trampın planına və İsrailə qarşı izdihamlı etirazların şahidi olub. İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi bəyanat verib. Aksiyalar əsasən əl-Xəlildə, Tulkərm və Ramallahda keçirilib.

Tulkərmdə bir fələstinli gənc İsrail qüvvələrinin atəşi nəticəsində həlak olub. Bu şəhərlədə aksiyalardan sonrakı toqquşmalar və qarşıdurmalar zamanı onlarla fələstinlinin yaralandığı bildirilir.

Bildirək ki, ABŞ prezidenti Donald Trampın "əsrin sazişi" adlı Fələstin planının açıqlanmasından sonra bölgədə vəziyyət gərginləşib.

captcha