IQNA

22:21 - February 08, 2020
Xəbər sayı: 3486649
"Trampın Yaxın Şərq sülh planı əsla qəbul edilə bilməz bu əsla ədalətli deyil. Bu plan Qüdsü gümüş qabda İsrailə təqdim etmək kimi bir şeydir."

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Trampın Yaxın Şərq sülh planı əsla qəbul edilə bilməz bu əsla ədalətli deyil. Bu plan Qüdsü gümüş qabda İsrailə təqdim etmək kimi bir şeydir." - bunu Malayziyanın baş naziri Mahathir Məhəmməd Kuala-Lampurda keçirilən konfransda çıxışı zamanı deyib.

Malayziya baş naziri Qüdslə bağlı keçirilən sözügedən konfransda Trampın Fələstinlə bağlı planının qəbuledilməz olduğunu vurğulayıb.

"Bu plan ancaq bölgədə gərginliyi və qarşıdurmanı artıra bilər. Dünyada milyardlarla insanın qəlbində ədavət yaradacaq." deyə Malayziya baş naziri bu planda milyardan artıq müsəlmanın istəkləri və hüquqlarının təmin edilmədiyini bəyan edib.

https://iqna.ir/fa/news/3877209

Ad:
E-poçt:
* Comment: