IQNA

23:43 - February 14, 2020
Xəbər sayı: 3486684
İşğalçı sionist rejiminin quldurları namazqılanların Əqsa məscidinə girməyinə mane olmağa çalışıblar. Buna görə də fələstinlilərin çoxu namazlarını Əqsa məscidinin ətrafındakı küçə və xiyabanlarda qılıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (Cümə günü, 14 Fevral 2020) minlərlə Fələstinli Sübh namazında Əqsa məscidinə toplaşaraq namazlarını burada qıldılar.

İşğalçı sionist rejiminin quldurları namazqılanların Əqsa məscidinə girməyinə mane olmağa çalışıblar. Buna görə də fələstinlilərin çoxu namazlarını Əqsa məscidinin ətrafındakı küçə və xiyabanlarda qılıblar.

Terrorçu sionist rejiminin hərbiçiləri Fələstinli namazqılanları məscidin əl-Əsbat qapısının önündə vəhşicəsinə döyüblər.

Vəhşi hərbiçilərin bir qrupu isə Rəhmət qapısı önündə namazqılanarın qarşısını alaraq onlara hücum ediblər.  

İşğalçı və terrorçu sionist rejiminin quldurlarının hücumu nəticəsində onlarla fələstinli yaralanıb və həbs ediliblər.   

https://iqna.ir/fa/news/3878671

Ad:
E-poçt:
* Comment: