IQNA

23:06 - February 17, 2020
Xəbər sayı: 3486704
Tehran (IQNA) - Yəmən ordusu fevralın 14-ündə əl-Cəvf əyalətinin hava məkanında vurduğu ABŞ-Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasına məxsus Tornado tipli döyüş təyyarəsinin görüntülərini yayımlayıb.

"al-Masira" informasiya portalının məlumatına əsasən, yayılan videoda təyyarənin vurulma anının və düşdüyü yerdəki qalıqlarının görüntüləri var.

Bəzi sosial şəbəkə səhifələri də, vurulmuş Tornado qırıcısının səudiyyəli yaralı pilotunun fotolarını paylaşıb.

Xatırladaq ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yahya Sərii fevralın 14-ü verdiyi açıqlamasında belə qeyd etmişdi: “Allahın lütfü və onun kərəmi sayəsində Yəmənin hava hücumundan müdafiə qüvvələri Əl-Cəvf əyalətinin hava məkanında düşmənçilik tapşırıqlarını yerinə yetirən Tornado tipli bir döyüş təyyarəsini vurmağı bacardı”

Əməliyyatın müasir texnologiyaya sahib yer-hava raketi ilə həyata keçirildiyini bildirən Sərii Yəmən səmasının gəzinti yeri olmadığını və düşmənin bunun üçün min dəfə hesablama aparmalı olduğunu qeyd etmişdi.

3879001

فیلم و تصاویر انهدام جنگنده ائتلاف سعودی در یمن منتشر شد

فیلم و تصاویر انهدام جنگنده ائتلاف سعودی در یمن منتشر شد

فیلم و تصاویر انهدام جنگنده ائتلاف سعودی در یمن منتشر شد

 

 

 

Teqlər: ƏNSARULLAH ، PUA ، Yəmən ، Tornado
Ad:
E-poçt:
* Comment: