IQNA

12:24 - February 21, 2020
Xəbər sayı: 3486721
Tehran (IQNA) - “Seçkilər günü milli bayram günüdür.Bu münasibətlə bütün vətəndaşlarımızı  təbrik edirəm. Bu gün vətəndaş hüquqlarının qorunduğu günüdür. Seçkilərdə iştirak etmək şəri vəzifədir.”

“Seçkilər günü milli bayram günüdür.Bu münasibətlə bütün vətəndaşlarımızı  təbrik edirəm. Bu gün vətəndaş hüquqlarının qorunduğu günüdür. Seçkilərdə iştirak etmək şəri vəzifədir.” - bunu İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyid Əli Xamenei cənabları bu gün  səhər  (21 Fevral 2020) İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası seçkilərində səs verdikdən sonra açıqlamasında bildirib. 

Ayətullah Xamenei bildirib ki, seçkilər ölkənin milli mənafeyinə zəmanətdir.  “Hər kəs milli mənfenin qorunmasında maraqlıdırsa  seçkilərdə mütləq iştirak etməlidir.  Tövsiyəm odur ki, vətəndaşlar erkən saatlarda  seçkilərdə iştirak edib, öz  seçdikləri namizədə səs versinlər.”  
Qeyd edək ki, Ayətullah Xamenei səhər seçkilərin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə gələrək, orada quraşdırılmış 110 saylı qutuya səsini atıb.
Xatırladaq ki, bu gün İran parlamentinə - İslam Şura Məclisinə seçkilər keçirilir. İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda  7 mindən çox namizəd mübarizə aparır. İran İslam Respublikasının parlamentində millət vəkili statusunda qalmaq müddəti 4 ildir.
Budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min insanın iştirak etmək hüququ var.
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: