"Aboutİslam" informasiya portalının verdiyi xəbərə görə, Kanadanın Montreal şəhərinin İslami təşkilatlarından biri xalqdan "beynəlxalq qadınlar günü" (8 Mart) münasibəti ilə hicablı qadınlara dəstək olmalarını, hicablı müsəlman xanımlara qarşı zorakılığı məhkum etmələrini və müsəlman qadınların hicabdan istifadə etmək hüquqlarını müdafiə etmələrini istədi.
Kanadanın Montreal şəhərinin "Müsəlman Qadınlar Təşkilatı" bəyaniyyə yayaraq Kvebek vilayətində qanunların müsəlmanlara zərər vurduğunu, hicablı qılzarın təhsilinə mane olduğunu və iş imkanlarından məhrum etdiyini bildirib.
Kvebe vilayətinin 2019-cu ildə qəbul etdiyi qanuna əsasən dövlət məktəblərində işləyən müəllimələr, dövlət vəkilləri, hakim və polis məmurları iş yerlərində hicabdan istifadə edə bilməzlər.
Bu qanunun icarından sonra Kanadada islamofobiyadan doğan cinayətlərin sayı artıb.
Buna görə də Kanadanın Montreal şəhərinin "Müsəlman Qadınlar Təşkilatı" bəyaniyyə yayaraq xalqdan beynəlxalq qadınlar günü hicablı qadınların hüquqlarını müdafiə etmələrini istəyib.