Həzrət Əli (ə) Rəcəb ayının 13-də Məkkə şəhərində Kəbə evinin içərisində dünyaya göz açmışdır. Artıq bir neçə gündür ki, müsəlman dünyası mövludla bağlı bayram tədbirləri təşkil edir.
Ölkəmizdə də Həzrət Əlinin (ə) mövludu ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Paytaxt Bakıda mübarək mövlud münasibətilə bayram tədbiri keçirilib.
Bayram tədbiri Qurani-Kərimin tilavəti ilə başlanmışdır. Sonra tədbir iştirakçıları cəmlə Dövlət Himnini ifa etmişlər.
Bayram tədbirinin açılışından sonra ilahiyyatçı-filosot Hacı İlqar İbrahimoğlu Həzrət Əlinin (ə) nurani mövluduna həsr olunmuş xütbə söyləyib.
Həzrət Əlinin (ə) əzəmətli şəxsiyyətindən danışan xətib, o Həzrətin (ə) ən gözəl iman nümunəsi olmasına diqqət çəkib.
Daha sonra “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib.
Tədbirdə çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Seyid Nurəddin Dərafərin, Həzrət Əlinin (ə), Məsum İmamların (ə) şəninə yazılmış şeir və qəzəllərini səsləndirərək, tədbirə gözəllik qatmışdır.
Tədbirin davamında dəyərli Əhli-Beyt (ə) məddahı Hacı Əlizaman Həzrət Əlinin (ə) şənində ilahilərini tədbir iştirakçılarına ərməğan edib.
Tədbirin digər qonağı – Əhli-Beyt (ə) şairi Hacı Səyyar da İmam Əli (ə) və Əhli-Beytin (ə) şənində yazılmış şeir və qəzəllərlə tədbirə rəng qatıb.
Tədbir cəmlə "Fərəc" duasının oxunuşu ilə yekunlaşıb.