IQNA

İraqlı Ayətullah ABŞ və İngiltərə səfirlərinin ölkədən çıxarılmasını istədi

9:55 - March 09, 2020
Xəbər sayı: 3486869
Tehran (IQNA) -  İraqın tanınmış din alimi və təqlid mərcəsi Ayətullah Şeyx Cavad əl-Xalisi xalqa müraciət edərək ABŞ və İngiltərənin səfirliklərinin bağlanmasını tələb edib.

"Al-Sumaria" informasiya portalının verdiyi xəbərə görə, İraqın dini təqlid mərcəsi Ayətullah Şeyx Cavad əl-Xalisi ölkənin vətəndaşları, alimləri, dini təqlid mərcələri və ziyalılarına səslənərək Amerika və İngiltərə səfirliklərinin bağlanmasını və səfirlərin İraqdan çıxarılmasının zəruri olduğunu vurğulayıb.  

Ayətullah Şeyx Cavad əl-Xalisi bildirib ki, Amerika və İngiltərənin səfirlikləri cavanları qeyri-əxlaqi məsələlərə təşviq edir, insanları yoldan azdırır, cəmiyyətdə anomaliya yaradır və xalqı milli-mənəvi dəyərlərdən uzaqlaşdırırlar.

O vurğulayıb: Amerika və İngiltərə səfirlikləri cəmiyyətdə yaratdıqları özbaşınalıq və iğtişaşları ictimaiyyətə dövlətin və xalqın sərmi qərarları kimi göstərməklə İraqın millətinin dini və milli dəyərlərinə hörmətsizlik edir və milli hakimiyyət qanunlarını pozurlar.  

Ayətullah Şeyx Cavad əl-Xalisi sosial şəbəkədə paylaşdığı ismarıcda insani dəyərlər əleyhinə fəaliyyət göstərən bu iki ölkənin səfirlərinin və onlarla həmkarlıq edənlərin İraqdan qovulmasını istəyib.

3883900

captcha