
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Paterson Şəhər Şurasında bir müddət gözləyən azanın səslə oxunması qanunu ötən gün şura tərəfindən səsvermə ilə qüvvəyə minib.
“Səs-küy tənzimlənməsi” başlığı altında müzakirə olunan qanun Şuranın sədri Maritza Davila da daxil olmaqla 5 nəfərin lehinə səsverməsi ilə qəbul edilib.
Yeni qanuna görə, azanı şəhərdəki məscidlərdə səsgücləndiricilərdən istifadə etməklə oxumaq olar. Qanun səhər saat 06: 00-dan 22: 00-dək icra olunacaq. Azan vermə müddəti isə 5 dəqiqədən çox olmayacaq.
Qedy edək ki, ABŞ tarixində ilk dəfə 2004-cü ildə Miçiqan ştatının Hamtramck şəhərində azanın səsgücləndiricilər vasitəsilə verilməsinə icazə verilib. Və daha sonra müsəlmanların çox yaşadığı ABŞ-ın Dearborn-da da azanın səsgücləndiricilər vasitəsilə oxunmasına icazə verildi.
Xatırladaq ki, Paterson şəhərində 30 mindən çox müsəlman yaşayır. Şəhərdə bir neçə məscid fəaliyyət göstərir.