IQNA

22:13 - March 15, 2020
Xəbər sayı: 3486915
Tehran (IQNA) -  Həzrət Əbbasın (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Əlyazma Nüsxələrin Bərpası Mərkəzi" çox qədim bir Quran nüsxəsinin təmir və bərpa edildiyini barədə məlumat yayıb.

Həzrət Əbulfəzl Əbbasın (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Əlyazma Nüsxələrin Bərpası Mərkəzi"nin direktoru Leys Lütfi hicri-qəməri tarixi ilə altıncı əsrə aid olan bu nadir Quran nüsxəsinin bərpa edilməsi prosesini təfərrüatı ilə danışaraq deyib:

"Bu nüsxə hicrinin altıncı əsrinin sonlarında yazılıb. Qədim xətt ilə kitabət edilmiş nüsxədə surələrin adları zəfəran və ayələr qara mürəkkəblə yazılmışdır. Səhifələrin kənarları gül şəkilləri ilə bəzədilmişdir.

O əlavə edib: Nüsxənin bərpası zamanı öncə vərəqlərin cırılması, müshəfin üz qabığında nöqsanın olmaması halları dəqiq yoxlanılır, sonra nüsxənin bərpasına başlanılır. Xarab olmuş səhifələr yüksək keyfiyyətli kağız və təbii yapışdırıcılarla yapışdırılır. Sonra vərəqlər pambıq saplarla bir-birinə tikilir. Sonda isə təbii dəridən hazırlnnamış üz qabığı nüsxənin üzünə çəkiilir.

Leys Lütfi vurğulayıb: Bu nüsxə bərpa edildikdən sonra Həzrət Abbas (ə) hərəminin kitabxamasında dəmir seyfdə yerləşdirilib. Bu nadiq Quran nüsxəsinin istifadə zamanı xarab olmasının qarşısını almaq üçün ekektron nüsxəsi də hazırlanıb.

3885489

ترمیم نسخه بسیار کمیاب قرآن کریم در آستان عباسی + عکس

ترمیم نسخه بسیار کمیاب قرآن کریم در آستان عباسی + عکس

ترمیم نسخه بسیار کمیاب قرآن کریم در آستان عباسی + عکس

ترمیم نسخه بسیار کمیاب قرآن کریم در آستان عباسی + عکس

ترمیم نسخه بسیار کمیاب قرآن کریم در آستان عباسی + عکس

Ad:
E-poçt:
* Comment: