IQNA

12:07 - March 18, 2020
Xəbər sayı: 3486932
Tehran (IQNA) - İranda koronavirusla mübarizə aparan elmi komitə yerli mütəxəssislərin Kovid 19 xəstələrinin ağciyər infeksiyalarını müalicə etmək üçün dərman hazırladığını söyləyiblər.

Qanei bu dərmanın 3 dərmanın birləşməsi ilə əldə edildiyini və koronavirusa yoluxmuş xəstələrin xəstəxanada yatma müddətini 4 günə endirdiyini bildirib.

Koronavirus xəstələrində ağciyər narahatlığının onların İCU (reanimasiya və intensiv terapiya) şöbəsində qalmalarına və hətta vəfatlarına səbəb olduğunu qeyd edən Qanei, bu dərmanı alan koronavirus xəstələrinin 40%-nin xəstəxanada 4 gün qalmadan xəstəxanadan buraxıldıqlarını söyləyib.

Bu üsulun virusun müalicəsi olmadığını vurğulayan Qanei, bunun koronavirus xəstələrində müşahidə olunan ağciyər problemində istifadə ediləcəyini söyləyib.

Qanei bu üsulla təkcə ağciyər infeksiyasının qısa müddətdə müalicə edildiyini və bununla xəstənin qısa müddətdə xəstəxanadan buraxılmasının təmin edildiyini vurğulayıb. /deyerler/

 

Teqlər: Çin ، koronavirus ، İran ، dərman
Ad:
E-poçt:
* Comment: