IQNA

1:22 - March 19, 2020
Xəbər sayı: 3486939
Tehran (IQNA) -  Bu günlərdə İranda yaşayan Amerikalı vətəndaş Jennifer Gren dünyada yayılmış koronavirusla bağlı yaddaştını "meidum" saytında paylaşıb.

Bu günlərdə İranda yaşayan Amerikalı vətəndaş Jennifer Gren dünyada yayılmış koronavirusla bağlı yaddaştını "medium" saytında paylaşıb.

Jennifer yazır:

"2019-cu ilin Aprel ayının sonlarında İrandayam. Vətənə dönmək ərəfəsində idim, uçuş üçün bilet də almışdım ki, İranda koronavirus yayıldı və uçuşlar ləğv edildi. Nigaran oldum. Amma bir az araşdırdıqdan sonra anladım ki, dünyanın heç bir yeri koronavirusdan amanda deyil.

Qərb medialarında insanların qorxu və iztirabla marketlərə hücum çəkməsini, tualet kağızlarının, dezinfeksiya maddələrinin marketlərdən və N-95 maskalarının apteklərdən yoxa çıxması xəbərlərini oxudum.

İndi fikirləşirəm ki, koronaviruslu günlərdə İranda qalmaq elə də pis deyilmiş. Burada bu günlərdə market və bazarlarda hər şey var, diqqətimi çəkən bir çatışmamazlıq yoxdur. Heç kim bazar və marketdə bir-birini itələmir, marketləri qarət etmirlər və oğurluq halları baş vermir. Əlbəttə ilk günlərdə maska, spirt, turş limon, zəncəbil və sarımsaq kimi şeylərdə qıtlıq yaşansa da sonra hər şey normal vəziyyətə döndü.

Burada koronaviruslu günlərdə gözəl mənzərələr daha çoxdur. Anonim insanlar bankomatları dezinfeksiya edir, küçədə insanlara rezin əlcəklər paylayırlar. Burada hamı inanır ki, virusdan amanda qalmaq üçün ətrafındakıları da qorumalısan. Qonşuların aludə olarsa, öz təhlüksizliyini necə qoruya bilərsən?!

Mən bunları görürəm və İranlıların dünyanın hər yerindəki insanlardan fərqli olduğunu düşünürəm. Digər ölkələrdə bu günlərdə baş verən qorxu və hərc-mərcliyi eşidirəm və üzülürəm. Arzu edirəm ki, daha çox insanlar İranı görsünlər və iranlılardan öyrənsinlər. Baxmayaraq ki, iranlılar çətin günlər yaşayırlar, amma hələ də işləməyi və ətraflarındakıları qorumağı bacarırlar."

3886089

Ad:
E-poçt:
* Comment: