IQNA

9:49 - April 01, 2020
Xəbər sayı: 3486995
Tehran (IQNA) - İslami Cihad hərəkatı, Fələstində Torpaq Günündə, Fələstin xalqının hüquqlarına və onun prinsiplərinə qarşı olan bütün sui-qəsdlərə qarşı bəyanat verdi.

Fələstinin İslam Cihad hərəkatı, Torpaq Gününü, Fələstin xalqının müqavimət və fədəkarlıq rəmzi adlandırıb. İslami Cihad hərəkatı, Fələstində Torpaq Günündə, Fələstin xalqının hüquqlarına və onun prinsiplərinə qarşı olan bütün sui-qəsdlərə qarşı bəyanat verdi.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, təşkilat bildirib: “İslami Cihad hərəkatı ABŞ-ın "əsrin müqaviəsi" adlı planını bir daha qınayaraq, buna qarşı çıxmaq üçün bütün imkanlarından istifadə edəcək”. Beynəlxalq Gənclər Birliyi və işğala qarşı çıxan gənclər də, Torpaq Günü bəyanatında, müqavimətin Fələstin torpaqlarını sionist işğalçı rejiminin əlindən azad etmək üçün yeganə yol olduğunu bildirib.

30 mart 1976-cı ildə sionist rejim Fələstinin şimalındakı Əl-Cəlil bölgəsindəki minlərlə hektar Fələstin ərazisini işğal edib. Bu İsrail rejiminin cinayət əməlinin ardınca Fələstin xalqı, işğala etiraz edib, nəticədə altı fələstinlinin işğalçı tərəfindən güllələnməsinə və minlərlə insanın yaralanmasına gətirib çıxaran şiddətli qarşıdurmalara səbəb olub. Beləliklə, hər il martın 30-u fələstinlilər 1976-cı il şəhidlərinin xatirəsini yad edərək, sionist vandallarının əleyhinə nümayişlər keçirir.

Ad:
E-poçt:
* Comment:
* captcha: