IQNA

9:25 - April 12, 2020
Xəbər sayı: 3487067
Tehran (IQNA) -  Həzrət İmam Hüseynin (ə) İraqın Kərbəla şəhərində yerləşən müqəddəs hərəmində işçi qrup tərəfindən hər gün 3 min ədəddən çox tibbi maska hazırlanır.

Həzrət İmam Hüseynin (ə) İraqın Kərbəla şəhərində yerləşən müqəddəs hərəmində işçi qrup tərəfindən hər gün 3 min ədəddən çox tibbi maska hazırlanır.

Koronavirusla mübarizə üçün hazırlanmış bu tibbi maskalar müqəddəs ziyarətgahların və bəzi idarələrin işçiləri arasında paylanır.

İmam Hüseyn (ə) hərəminin texniki bölməsinin məsulu Kərim Ənbari bu barədə deyib: Koronavirus pandemiyasının vüsət aldığı gülərdə tibbi maskanın bazarda tapılmaması və qiymətinin bahalaşmasını nəzərə alaraq özümüz tibbi maska istehsal etmək qərarına gəldik.

O əlavə edib: Pulsuz paylanılan bu tibbi maskalar ilk günlər 1000 ədəd istehsal edilirdi. Hazırda isə günlük istehsal həcmi 3000 ədədi keçib.

Kərim Ənbari vurğulayıb: Bu tibbi maskalar çox keyfiyyətli parçalardan hazırlanır və yuyularaq yenidən istifadə edilə bilər.

Qeyd edək ki, bundan öncə də İmam Hüseyn (ə) hərəminin texniki bölməsi dezinfeksiya aparatı hazırlamışdı. Bu aparatların biri hərəmin idari işləri bölməsində və digər ikisi isə xəstəxanada istifadə edilir. Bundan əlavə hərəmlərin girişində istifadə etmək üçün digər 7 dezinfeksiya aparatı hazırlanır.    

3890802

Ad:
E-poçt:
* Comment:
* captcha: