IQNA

15:59 - April 12, 2020
Xəbər sayı: 3487069
Tehran (IQNA) -  İngiltərənin milli kitabxanası və tədqiqat mərkəzində dünyanın müxtəlif yerlərindən gətirilmiş 150 milyondan çox əsər saxlanılır.

Bu kitabxana dünyanın müxtəlif xalqlarına mənsub olan kitab, əlyazma nüsxələr, rəsm əsəri, qədim jurnal və qəzetlər, xəritə, audio və video yazıların yazılı və elektron nüsxələrini ehtiva edir.

Britaniya Milli Kitabxanası və tədqiqat mərkəzində 14 milyon tarixi kitab və əlyazma nüsxə mövcuddur. Bu əsərlərin arasında tarixi Həzrət İsanın (ə) miladından öncəyə aid olanları da var.

Kitabxanada yəhudilik, xristianlıq, İslam və digər dinlərin müqəddəs mətnlərinin qədim nüsxələri də saxlanılır ki, onların arasında qədim əlyazma nüsxələrdən biri də Kufi xətti ilə yazılmış və Həzrət İmam Əliyə (ə) mənsub Qurani-Kərim nüsxəsidir.

Bundan əlavə burada Ceyran dərisi üzərinə yazılmış qədim əlyazma Quran nüsxələri, Ərəb dili və ədəbiyyatı kitabları, Fəlsəfə və Məntiq kitabları var.

Kitabxananın arxivində Məscidul-Həramın 1907-ci ilə aid olan şəkilləri və həmin dövrün Həcc ayinlərini təsvirə çəkmiş rəsm əsərləri mövcuddur.

İngiltərə Milli Kitabxanasının 2011-ci ildə Google şirkəti ilə müqaviləsinə əsasən kitabxananın materiallarının elektron nüsxəsi hazırlandı və internet istifadəçiləri bu kitabanada olan 250 min əsərdən online və pulsuz istifadə edə bilərlər.

3891089

Ad:
E-poçt:
* Comment:
* captcha: