IQNA

23:13 - April 17, 2020
Xəbər sayı: 3487094
Tehran (IQNA) -  Ərəb Birliyi Beynəlxalq Qırmızı Aypara Cəmiyyəti və digər hüquqi qrumlardan Fələstinli əsirlərin sionist rejiminin caynağından xilas etməsini istəyib.

ƏB bəyaniyyə yayaraq bildirib ki, koronavirusun geniş yayılmasını nəzərə alaraq sionist rejiminin həbsxanalarında olan fələstinli əsirlər ən tez zamanda azad edilməli, onların müalicəsi üçün lazım olan tədbirlər görülməli, dərman və tibbi avadanlıqlar təmin edilməlidirlər.

PALİNFO informasiya portalının verdiyi xəbərə görə, Ərəb Birliyi "Fələstinli Əsirlər Günü" münasibəti ilə yaydığı bəyaniyyədə xəstə və yaşlı əsirlərin digər əsirlərdən daha tez azad elməsini istəyib.  

ƏB sionist rejiminin minlərlə əsir Fələstinlinin canı qarşısında məsulliyyət daşıdığını vurğulayıb və beynəlxalq qrumlardan bu rejimə təzyiq etmələrini tələb edib.  

Bəyaniyyədə vurğulanıb ki, bütün dünyanın koronavirusun yayılması ilə mübarizə apardığı bir dönəmdə israil rejimi əsirlərin sağlamlığına dəyər vermir və hətta onlara qarşı təcavüzkar da davranırlar.

Qeyd edək ki, hazırda 5 min fələstinli sionist rejiminin həbsxanalarında təsəvvür oluna biləcək ən pis şəraitdə saxlanılırlar.

3892162

Ad:
E-poçt:
* Comment:
* captcha: