IQNA

Müsəlman Alimləri Birliyi:
20:17 - April 19, 2020
Xəbər sayı: 3487110
Tehran (IQNA) -  Müsəlman Alimlər Birliyi bəyanat yayaraq dünya müsəlmanlarından və müsəlman ölkələrindən Ramazan ayında aralarındakı müharibəni dayandırmalarını istəyib.

Müsəlman Alimlər Birliyinin rəsmi informasiya portalında nəşr edilən bəyanatda deyilir: Bütün İslam və Ərəb ölkələrindən istəyirik ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bütün məhbusları azad etsinlər.

Bəyanatda müsəlman ölkələri arasında olan savaş, mühasirə və sanksiyaların və həmçinin ixtilafların aradan götürülməsi, əqidəsinə görə həbs edilənlərin, xüsusi ilə də dini təbliğçilər və ruhanilərin azad edilməsi və Ramazan ayında insanlara nəfsi paklama işləri üçün münasibt şərait yaradılması tələb edilib.

Müsəlman Alimlər Birliyinin bəyanatında tövsiyə edilir ki, müsəlmanlar bu il Ramazan ayında oruc tutmaq üçün sağlamlıqlarını qorusunlar, enejilərini lazımsız yerlərə xərcləməsinlər, fiziki gücü azaldan qədər çıxış və söhbətlər etməsinlər.

Bəyanatda əlavə edilir: Oruc İslam dininin əsas sütunlarından biridir. Şəri üzrü olmayan insanların bu əməli tərk etməsi cazi deyil. Koronavirus xəstəliyi oruc tutmaq üçün şəri üzr sayılmır. Oruc bədənin təhlükəsizlik sistemini zəiflətmir, əksinə gücləndirir.   

3892559

Ad:
E-poçt:
* Comment:
* captcha: