IQNA

12:36 - May 08, 2020
Xəbər sayı: 3487202
Tehran (IQNA) - Konsepson Piççiotto ABŞ tarixində siyasi etiraz hərəkəti müddətində rekordçu olub. Belə ki, 35 ilə yaxın Ağ Evin önündə etiraz edib. Sadəcə çadır quraraq və orada yaşayaraq.
Konsepson Piççiotto ABŞ tarixində siyasi etiraz hərəkəti müddətində rekordçu olub. Belə ki, 35 ilə yaxın Ağ Evin önündə etiraz edib. Sadəcə çadır quraraq və orada yaşayaraq.
Amerika tarixinin ən uzun davamlı siyasi etiraz aksiyasının iştirakçısı olub. O, 80 yaşında Vaşinqtonda evsiz qadınlara dəstək verən qeyri-kommersiya təşkilatı tərəfindən idarə olunan yaşayış binasında dünyasını dəyişib.
Maide.Az xəbər verir ki, 1981-ci ildə etirazçılar üçün çadır quran Konsepson daim Ağ Evin yaxınlığındakı parkda olub və Körfəz müharibəsinə, nüvə müharibəsinə, kimyəvi müharibəyə, Fələstinin işğalına, İsrailin  Yaxın Şərqdəki işğal siyasətlərinə və ABŞ-da ortaya çıxan digər problemlərə etiraz edib.
Piççiottonun əsas etiraz hədəfi dünyadakı nüvə silahları olsa da, onun qaldırdığı plakatlara baxıdqda, diqqət mərkəzində Fələstinin işğal edilmiş xəritəsini də görmək mümkündür. 
Piççiotto bildirirdi ki, İsrail qeyri-qanuni olaraq 200 ədəd nüvə silahı saxlayır və bu, Yaxın Şərq üçün təhlükəlidir. Plaktlarının birində "Yəhudiliyə "Bəli", sionizmə "Xeyr"" deyə yazılıb.  Davamında ""İsraHell"i ("Hell" Cəhənnəm deməkdir) silahsızlandır - 200 qeyri-qanuni bomba - Dünyanı xilas et" - Uşaqları xilas et!" yazılır.
Plakatdakı son söz isə "İsrail terrorunu maliyyələşdirməyi dayandır" deyə bildirilir.
Piççiotto hər zaman Yaxın Şərqdəki digər azadlıq hərəkatlarını dəstəklədiyini söyləyib. O, etiraz aksiyaları zamanı hər zaman bildirib ki, "Holokost" sionistlərin cinayət törətmək üçün istifadə etdiyi bir sözdür.
Piççiotto və digər fəallar 1993-cü ildə nüvə tərksilahlığına çağırış ərizəsi yaydıqları zaman ən böyük uğurlara imza atdılar. Kampaniya nəticəsində ərazi seçki komissiyası tərəfindən bir seçki təşəbbüsü qəbul edildi və ABŞ Konqresinin nümayəndəsi Eleanor Holmes Norton nüvə tərksilah məsələsinə diqqət çəkdi.
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: