IQNA

11:40 - May 12, 2020
Xəbər sayı: 3487225
Tehran (IQNA) - Misrin İslami İncəsənət Muzeyinin tarixi eksponantlarını ehtiva edən videoda Kəbə evinin ən qədim açarı nümayiş edilib.

Misrin turizm nazirliyi bu ölkənin İslami İncəsənət Muzeyində olan tarixi eksponantları ehtiva edən videolar məcmuəsi hazırlayıb və yayıb. Bu videolardan birində Kəbə evinin ən qədim açarı nümayiş edilib.

Misrin İslami İncəsənət Muzeyinin təlim mərkəzinin müdiri Ceyhan Nəbilin dediyinə görə, Kəbənin bu klidi Məmluklar dövrünə, Sultan Əşrəf Şəbanın hakimiyyəti zamanına aiddir.

Klidin üzərində Qurani-Kərimin "İnna fətəhna ləkə fəthən mubina" ayəsi nəsx xətti ilə yazılmışdır.

Bundan əlavə açarın üzərində Sultan Əşrəf Şəbanın adı və ləqəbi həkk edilmişdir. Klidin üzərinə 756-cı hicri-qəməri ili (1363-1364 miladi) yazılmışdır.

Qeyd edək ki, Misr məmlukları Türk qoşun başçıları silsiləsindən idilər və 1250-ci ildən 1517-ci ilədək Misr və Şama hakimiyyət ediblər.      

3898223

Ad:
E-poçt:
* Comment:
* captcha: