IQNA

8:05 - June 10, 2020
Xəbər sayı: 3487374
Tehran (IQNA) -  Amerika və dünyada irqçiliyə qarşı başlamış etiraz yürüşlərində polisin zorakılıq və kobudluğu ilə üzləşən insanlardan bir qrupu da bu haqsızlığı dünyaya çatdıran juranlistlərdir.

Corc Floydun qətlə yetirilməsinin ardınca dünyada başlayan etiraz yürüşlərindən paylaşılan foto və görüntülərdə jurnalistlərə qarşı törədilən zorakılıq halları hər şeydən çox gözə çarpır.

İnsanların zülmə qarşı başlatdıqları etiraz aksiyalarını işıqlandıran jurnalistlər və kütləvi media mənsubları polis tərəfindən döyülür, söyülür, həbs edilir və peşə ləvazimatları sındırılır və ya zəbt edilir.

Bu barədə "theguardian" qəzeti geniş məqalə hazırlamışdır. Qəzetin baş redaktoru "David Smith"in hazırladığı bu məqalədə deyilir:

Amerikanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarını işıqlandıran media mənsublarından aldığımız məlumatlardan məlum olub ki, jurnalistlər döyülüblər, hətta onların aralarında döyülərək gözü kor edilənlər var. Polis Ağ Evin qarşısında xəbər hazırlayan jurnalisti öz zirehi vurub. Canlı yayımda olan digər bir jurnalistin kamerası əlindən alınıb və həbs edilib.

Jurnalistlərə qarşı törədilən bu vəhşiliklər dünyaya "demokratiya" satan Amerikada baş verir. Amerika prezidenti Donald Tramp dörd ildir ki, davamlı şəkildə jurnalistkanı və azad medianı əzir.

Corc Floydun polis tərəfindən qətli ilə bağlı keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistlər hər yerdə polisin əsas hədəfidirlər. "ABŞ Mətbuat Azadlığı Gözətçisi" (The US Press Freedom Tracker) bu aksiyalarda jurnalistlərə qarşı 300 zorakılıq halını qeydə alıb. Aksiyalar zamanı 49 nəfərdən çox jurnalist həbs edilib, 192 nəfərə iş başında hücum edilib, 69 nəfər döyülüb, 43 nəfərin gözünə gözyaşardıcı qaz tökülüb, 24 nəfərə bibər qazı səpilib, 77 nəfər rezin güllə ilə vurulub və  42 media ləvazimatı məhv edilib.

Qeyd edək ki, jurnalistləri və media mənsublarını təhqir etmək Amerika prezidenti Donald Trampın adətinə çevirilib. Tramp saxta xəbərlər hazırlatdıraraq mətbuatı xalqın düşməni kimi qələmə verməyə çalışır.     3903878

Ad:
E-poçt:
* Comment:
* captcha: