IQNA

Bəhreyn İnsan Haqları Mərkəzinin rəhbəri Nəbil Rəcəb azadlığa çıxdı

9:07 - June 10, 2020
Xəbər sayı: 3487378
Tehran (IQNA) - Bəhreyn hakimiyyəti bir tvit üçün 5 il həbs cəzasına məhkum edilmiş ölkənin insan hüquqları mərkəzinin rəhbəri Nəbil Rəcəbi cəzasını çəkdikdən sonra azadlığa buraxıb.

Vəkil Məhəmməd Əl-Cişi ötən gün (9 iyun 2020) Bəhreynin insan haqları müdafiəçisi Nəbil Rəcəbin sərbəst buraxıldığını elan edib.

Ali Xəlif diktator rejimi Bəhreyn İnsan Haqları Mərkəzinin rəhbəri Nabil Rəcəbi Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumlarını tənqid etdiyinə və Bəhreyn həbsxanalarında məhbuslara işgəncə verildiyi barədə Tvitterdə yazılarına görə 5 il azadlıqdan məhrum etmişdi.

Nəbil Rəcəb ən məşhur ərəb insan haqları fəallarından biridir, çünki qadağan olunmuş Bəhreyn İnsan Hüquqları Mərkəzinin rəhbəri və Human Rights Watch təşkilatının Yaxın Şərq və Şimali Afrika bölgəsi üzrə Məşvərət Şurasının üzvüdür.

O, həmçinin Beynəlxalq İnsan Hüquqları Federasiyası baş katibinin müavini vəzifəsini icra edir, lakin bütün bunlar Bəhreyn rejiminin onu sadə tənqidinə görə həbs etməsinə mane olmadı.

Nəbil Rəcəbin ailəsi bu gün sərbəst buraxılması ilə bağlı açıqlama verib. 3904018

captcha