"Covid-19" virusunun qlobal miqyasda yaratdığı mənfi iqtisadi durum 395 milyondan çox insanı "ifrat yoxsulluq həddinə" sürükləyə biləcəyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya İqtisadi Tədqiqatlarının İnkişafı İnstitutu (UNU-WIDER) "Etibarsızlıq və Epidemiya: inkişaf etməkdə olan ölkələrdə Covid-19 və yoxsulluq təsiri, intensivlik və çətinlik" adlı hesabat yayımlayıb.