IQNA

23:45 - June 12, 2020
Xəbər sayı: 3487388

HƏMAS: Müqavimət Fələstin xalqının mədəniyyətinin bir hissəsinə çevrilib

HƏMAS hərəkatı, Fələstin xalqının, sionistlərin Fələstin ideallarını ləğv etməyə, Qüdsü yəhudiləşdirməyə, Qərb Sahilini ilhaq etməyə və "əsrin müqaviləsinə" qarşı çıxacağını təsdiqlədi.

HƏMAS: Müqavimət Fələstin xalqının mədəniyyətinin bir hissəsinə çevrilib
HƏMAS saytının verdiyi məlumata əsasən, hərəkatın hərbi komandiri Muşir əl-Misri, Qüdsün işğalının 53-cü ildönümü münasibətilə Fələstin xalqının öz torpaqlarının bir qarışının belə verilməməsinə əsaslanan heç bir razılaşmaya inanmadığını söylədi. Əl-Misri, Sionist rejimin və tərəfdarlarının işğal olunmuş Qüds və Əl-Əqsa məscidini yəhudiləşdirmək səylərinə etiraz etmək üçün,
HƏMAS-ın Qüds Ofisi tərəfindən təşkil edilən mərasimdə dedi: "Bu mərasim, Fələstinə olan sadiqliyimizi və bu diyarın birliyini göstərir. Qüds şərq və qərb hissələrinə bölünə bilməz. Qüds Fələstin xalqının dini və tarixi irsi hesab olunur".
Teqlər: həmas ، qüds ، fələstin
captcha