IQNA

22:38 - June 15, 2020
Xəbər sayı: 3487409
Tehran (IQNA) – Səudiyyə Ərəbistanın sabiq ədliyyə naziri "Amerika Yəhudi Komitəsi"nin təşkil etdiyi virtual iclasda yəhudilərə "qardaş" deyə müraciət edib.

Məhəmməd əl-İsa Səudiyyə Ərəbistanın sabiq ədliyyə naziri "Amerika- Yəhudi Komitəsi"nin təşkil etdiyi və dünyanın müxtəlif ölkələrinin siyasi şəxsiyyətlərinin iştirak etdiyi virtual iclasda müsəlmanlardan yəhudilərlə əlaqələrin sadələşdirilməsi və yaxşılaşdırılmasını və hətta gücləndirilməsini istəyib.

Hazırda "İslam Dünyası Birliyi" adlı təşkilata rəislik edən keşmiş ədliyyə naziri deyib: Bu təşkilatın rəhbərliyini üzərimə götürdüyüm vaxtdan yəhudi bacı və qardaşlarımız ilə müsəlmanların əlaqələrinin yenidən sadələşdirilməsi və gücləndirilməsi üçün çalışmışam.

Qeyd edək ki, "Amerika- Yəhudi Komitəsi" sosial şəbəkə hesabında yaxın günlərdə bu təşkilatın yeni iclasının BƏƏ-nin xarici işlər nazirinin müşaviri Ənvər Qərqaşın iştirakı ilə keçiriləcəyini elan edib.

Həmin iclasda BƏƏ-nin xarici işlər nazirinin müşaviri Ənvər Qərqaş regionda sabitliyin və dinlərarası həmkarlığın gücləndirilməsi barədə danışacaq.  3905125

Ad:
E-poçt:
* Comment:
* captcha: