IQNA

13:28 - June 21, 2020
Xəbər sayı: 3487445
Tehran (IQNA) – Bu gün, həftənin Bazar günü, 21 İyun 2020-ci il, koronavirusa görə tətil edilmiş Məkkə məscidlərində üç aydan sonra ilk Sübh namazı qılınıb.

Koronavirusun yayılmasının qarşısının alınması hədəfi ilə bağlanmış Məkkə məscidlərdən üç aydan sonra qılınan ilk Sübh namazının video və fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.  

əs-Səbq informasiya portalının verdiyi xəbərə görə, Sübh namazı "covid-19" virusunun qarşısını almaq üçün nəzərdə tutulmuş sanitariya qaydalarına riayət olunaraq qılınıb.

Namazqılanlar öz şəxsi səccadələrindən istifadə edib, fiziki fasiləni saxlayıb, namaz sıralarında fasiləni qoruyub, maskadan istifadə edib və əllərini məscidə daxil olarkən dezinfeksiya ediblər.

Məkkənin İslami İrşad və Dəvət İdarəsinin məscidlərin işi üzrə şöbəsinin müdiri bu barədə deyib: Məkkənin məscidlərinin sahəsi 1560 metrdir. Bu gün üç ay tətildən sonra məscidlərdə Sübh namazı qılınıb.  /3905938

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: