IQNA

Məkkədə Quran yazılmış daş kitabələr tapılıb – FOTO

20:16 - June 24, 2020
Xəbər sayı: 3487471
Tehran (IQNA) -  Ərəbistanın Məkkə şəhərinin "əl-Müəllat" məqbərəsində aparılan təmir-tikinti qazantıları zamanı Qurani-Kərimin ayələri yazılmış qədim daş kitabələr kəşf edilib.

Məkkənin aidiyyatı üzrə orqanlarına təhvil verilmiş daş kitabələrin tarixi Abbasilər hakimiyyətinin son dövürlərinədək (655-ci hicri-qəməri ili) qayıdır.  

Quran ayələri yazılmış daş kitabələr Məkkənin məsul məqamlarından biri olan Məhəmməd bin Abdullah Qüvəyhis və Məkkənin turizm şurasının baş katibi Hişam bin Məhəmməd Mədəninin iştirakı ilə aidiyyatı üzrə idarəyə təqdim olunub.

Daş kitabələrin kəşf edildiyi ərazidə qazıntı işləri davam edəcək. Tapılan qədim və tarixi əşyalar Ərəbistanın turizm nazirliyinə təhvil veriləcək.  /3906653

 

 

captcha