Tatarca audio tərcümə ilə hazırlanan "Quran qələmi" Tatarıstanın İslami İşlər İdarəsinin təşəbbüsü ilə Türkiyənin "Coşqun Texnoloji" nəşriyyatı tərəfindən istehsal edilib.
"Kalam Şarif" adlanan və xüsusi Quran nəşri üzərində ayələri səsləndirən bu qələm müsəlman tatarlar tərəfindən maraqla qarşılanıb.
Quran ayələri üzərində gəzərkən ayələri Ərəb, Tatar və digər dillərdə səsləndirən bu qələm Türkiyədə istehsal edilib.
Qeyd edək ki, 2012-ci ildə Tatarıstanda Quran nəşrinin 225-ci ildönümü keçirilmiş və həmin il Quran ili adlandırılmışdı. Həmin ildə Tatarıstanda 100 nüsxə audio Quran tərcüməsi nəşr edilmişdi. /3906624