IQNA

16:57 - June 28, 2020
Xəbər sayı: 3487498
Səhiyyə nazirinin müavini bu gün keçirdiyi mətbuat konfransında ölkədə yayılan koronavirus pandemiyası ilə bağlı açıqlamalar verib. O, bildirib ki, maska ​​istifadə etmək üçün bütün xalqa çağırış edirik.

Eastnews.org-un verdiyi xəbərə görə, İran səhiyyə nazirinin müavini İrəç Hərirçi bu gün keçirdiyi mətbuat konfransında ölkədə yayılan koronavirus pandemiyası ilə bağlı açıqlamalar verib.

O, bildirib ki, maska ​​istifadə etmək üçün bütün xalqa çağırış edirik. Bu gündən etibarən "mən maska taxıram" kompaniyasına start veririk:  

"Maskadan istifadə etmək 82 faiz, bir metrlik sosial məsafə 85 faiz, gözlərin qorunması üçün istifadə edilən qoruyucular isə 72 faiz virusun yayılmasının qarşısını alır.

İndi dünyanın əksər ölkələrində insanların yaşayış və iqtisadi səbəblərini təmin etmək üçün yenidən karantin qaydaları yumşaldılıb. İndiki iqtisadi və sosial fəaliyyət kontekstində koronavirusun yayılmasını azaldacaq ən vacib şey başqalarından bir metr məsafəyə riayət edilməsi, göz qoruması və maskaların istifadə edilməsidir".  

Hərirçi qeyd edib ki, bu gündən etibarən maskanın kütləvi istifadəsi üçün "mən maska istifadə edirəm" adlı kompaniyaya start veririk. Bu böyük işdə hər kəsin bir yolla əməkdaşlıq etməsini və kampaniyaya dəstək olacağını gözləyirik:  

"Gənclər və yeniyetmələr, hətta sağlam görünən və ya yüngül koronavirus xəstəliyi əlamətləri olan uşaqlar xəstəliyin başqalarına, xüsusən valideynlərə və yaşlılara ötürülməsində rol oynaya bilərlər. 50 yaşdan kiçik insanlar, xüsusən də gənclər, əlamətsiz və ya az əlamətlə bu xəstəliyi keçirirlər.

Təsadüfən və bilmədən ətrafındakı gənclər yoluxur, bu isə ölümlərin artmasına səbəb olur. Hər bir əlamətsiz daşıyıcı xəstə 406 nəfəri yoluxdura bilər. Bu kritik dövrdə gənclər sadə və gigiyenik qaydalara əməl etməklə, evdən kənarda maskadan istifadə, müntəzəm əl yuma və digər vasitələrlə xəstəliyin yayılmasının azalmasında çox vacib rol oynaya bilər".  

İrəc Hərirçi bildirib ki, İranda hər 33 saniyədə bir nəfər koronavirusa yoluxur və hər 13 dəqiqədən bir nəfər koronavirusdan dünyasını dəyişir.  

Teqlər: tibbi maska ، İran ، koronavirus
Ad:
E-poçt:
* Comment:
* captcha: