IQNA

13:23 - July 09, 2020
Xəbər sayı: 3487588
Serbiyanın paytaxtı Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar sanitar tədbirlərin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib.
Serbiyanın paytaxtı Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar sanitar tədbirlərin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib.
Maide.Az "َAnadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç mətbuat konfransı zamanı deyib.
Etirazçılar küçələri bağlayaraq Vuçiçin istefasını tələb edib, "Serbiya ayağa qalx!", "Vuçiçi həbs edilsin" şüarları qışqırıblar.
İğtişaşlarla davam edən nümayişlərdə çox vaxt polislə etirazçılar arasında qarşıdurma olub. Polisin sıx gözyaşardıcı qaz istifadə etdiyi müşahidə edilərkən nümayişçilər polis əməkdaşlarına sərt əşyalar ataraq cavab verib.
Ötən gecə keçirilən etiraz aksiyaları zamanı 43 polis əməkdaşı və 17 nümayişçi yaralanıb, 23 nəfər saxlanılıb.
Qeyd edilir ki, etiraz aksiyasının iştirakçıları arasında ölən və ya xəsarət alan olmayıb.
Serbiya Baş naziri Ana Brnabic paytaxtla yanaşı  Nis və Novi Sad kimi böyük şəhərlərdə keçirilən  etiraz aksiyalarının yeni tip koronavirus (Kovid-19) səbəbiylə hökumətin elan etdiyi tədbirlərlə əlaqəsi olmadığını bildirib. 
Milli parlament binası qarşısında keçirilən nümayişlərin epidemiya tədbirləri ilə heç bir əlaqəsi olmadığını bildirən A.Brnabic, etirazların "həddindən artıq sağçı təşkilatlar və xuliqanların toplaşdığı şiddətli nümayişlər" olduğunu söylədi.
Serbiya Müdafiə naziri Aleksandar Vulin, polislə nümayişçilər arasında baş verənləri Serbiyada vətəndaş müharibəsinə cəhd kimi qiymətləndirdi.
Eyni televiziya kanalına danışan A.Vulin, Serbiya düşmənlərinin Belqradda baş verənlərə görə məmnun olduqlarını və etirazların fövqəladə vəziyyət və ya epidemiya tədbirlərinin elan edilməsi ilə heç bir əlaqəsi olmadığını və nümayişləri dəstəkləyənlərin güclə hakimiyyətə gəlmək istədiklərini iddia etdi.
 
 
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: