IQNA

Osmana mənsub nüsxə Misrin milli kitabxanasında qorunur – FOTO

12:22 - July 18, 2020
Xəbər sayı: 3487651
Tehran (IQNA) -  Müsəlmanların 3-cü xəlifəsi Osman bin Əffana nisbət verilən əlyazma Quran nüsxəsi Misrin milli kitabxana və sənədlər kompleksinin ən qiymətli tarixi əsərlərindən biridir.

Misrin milli kitabxana və sənədlər kompleksin qorunan bu əlyazma Quran nüsxəsi Misrin məmlüklər dövrünün tarixçi alimi və səyyahı Təqiyyuddin Məqrizinin (1364-1422) "əl-Xütət" kitabında Ətiq came məscidindən danışarkən işarə etdiyi iki nüsxədən biridir.

Osman ibn Əffana nisbət verilən "müshəf" nüsxəsi Misrin milli sənədlər və kitabxanası kompleksinin əlyazma nüsxələr idarəsində 139 say ilə qeydiyyata alınmışdır.

مصحف منسوب به عثمان بن عفان از گرانبهاترین آثار کتابخانه و اسناد ملی مصر

Bu nüsxənin Abbasi xəlifəsi əl-Müqtədirin saray xəzinəsindən götürülərək İraqlı bir kişi tərəfindən Misrə gətirildiyi ehtimal edilir.

Kufi xətti ilə ceyran dərisi üzərində yazılmış bu nüsxə 347-ci hicri-qəməri ilinin Zil-Qədə ayında Misrin Füstat şəhərndəki Ətiq came məscidində hədiyyə edilmişdir.

مصحف منسوب به عثمان بن عفان از گرانبهاترین آثار کتابخانه و اسناد ملی مصر

Bu nüsxə 1246-cı ildə Məhəmməd Əli Paşanın maddi dəstəyi ilə Məhəmməd ibn Ömər Tənbuli Şafei Əzhəri tərəfindən təmir edilmişdir.

568 vərəqdən ibarət bu nüsxənin 340 vərəqi Kufi xətti ilə 12 sətirdə və 228 vəqəri isə sonrakı dövrlərin xətti ilə 11 sətirdə yazılıb. /3911021

captcha