IQNA

19:26 - July 25, 2020
Xəbər sayı: 3487724

Azan səsindən qıcıqlanan ifrat sağçılar zınqırov çalırlar

Qərbin bir çox ölkələrində şəhər rəhbərlikləri karantin tədbirlərinə görə məscidlərə getmək imkanından məhrum olmuş dindarlara mənəvi dəstək üçün azanın səsucaldanlardan oxunmasına icazə verilib.

Azan səsindən qıcıqlanan ifrat sağçılar zınqırov çalırlar

Az.shafaqna.com “Der Spiegel”-ə istinadən xəbər verir ki, koronavirus pandemiyası dövründə Almaniyada məscidlərə səsucaldanlardan azanın oxumasına icazənin verilməsi ifrat sağçıları qıcıqlandırıb.

Qərbin bir çox ölkələrində şəhər rəhbərlikləri karantin tədbirlərinə görə məscidlərə getmək imkanından məhrum olmuş dindarlara mənəvi dəstək üçün azanın səsucaldanlardan oxunmasına icazə verilib.

Almaniyanın iri məscidlərindən səsləndirilən azanla bağlı videolar sosial şəbəkələrdə yüzminlələ baxış toplayır.

Azanla bağlı qalmaqal isə Herford şəhərində baş verib: şəhər rəhbərliyi Türkiyə diasporasının məscidinə səsucaldanlar azan oxumağa icazə verib, lakin şəhər rəhbərliyinin qərarı ifrat sağçı “Almaniya üçün Alternativ Partiyası” tərəfdarlarının qəzəbinə səbəb olub və onlar hər cümə günü müxtəlif üsullarla azanın səsini boğmağa çalışırlar.

Məsələn, cümə günlərindən birində ifrat sağçılar özləri ilə zınqırov gətirərək azan vaxtı zınqırov çalmağa, başqa bir cümədə isə dəmir qaşıqlarla qazana vurmağa başlayıblar.

Yerli polis onların bu hərəkətini qanun pozuntusu hesab edərək onlara mane olub.

captcha