Litvaniyalı ağır atletika üzrə idmançı xanım Rebeka Kuha (Rebecca Koha) özünün instagramdakı şəxsi sosial şəbəkə səhifəsində İslam dinini qəbul etdiyi və müsəlman olduğunu elan edib.
Ağır atletika üzrə dünya və avropa çempionu olan bu xanım İslam dinini qəbul etdikdən sonra sosial şəbəkədə müsəlman olmamışdan və hicab örtməmişdən öncə şəxsi həyatı ilə bağlı paylaşdığı bütün fotoları silib və təkcə hicablı şəkillərini saxlayıb.
Rebeka Kuhanın 22 yaşı var və o, ağır atletika üzrə dünya çempionudur.
O, sosial şəbəkə hesabında yazıb: Əziz dostlar, mən həyatımda çox böyük bir qərar verdim. Mən bu işdən xoşhalam və düşünürəm ki, doğru addım atmışam. Sizdən gözlədiyim təkcə mənim qərarıma hörmətlə yanaşmağınızdır. Bu gün mənim üçün xüsusi bir gündür. Çünki mən Zöhr vaxtı "şəhadəteyn"i deyərək müsəlman oldum. Sizdən xahiş edirəm heç kim mənim açıq geyimdə olan fotolarımı heç yerdə paylaşmasın. Məni dəstəkləyənlərə təşəkkür edirəm. Allaha şükür edirəm. Sizə müvəffəqiyyət arzulayıram. /3912915