IQNA

Misrin antikalar muzeyində nadir əlyazma Quran nüsxəsi qorunur – FOTO

9:46 - July 28, 2020
Xəbər sayı: 3487748
Tehran (IQNA) -  Misrin Qırmızı Dəniz sahilində yerləşən Qırmızı Dəniz əyalətinin əl-Ğurdəqə (Hərğadə / Hurghada) şəhərinin antikalar muzeyi cari ilin Fevral ayında istifadəyə verildi.

Turizm sahəsində əhəmiyyətli hesab edilən və 20-ci əsrin əvvələrində tikilən bu şəhərin antikalar muzeyində Qurani-Kərimin çox nadir əlyazma nüsxələrindən biri saxlanılır.

Vaxtı ilə kiçik bir kənd olmuş Ğurdəqənin hazırda 90 min əhalisi var və bu gün Amerika, Rusiya, Çexiya, Almaniya və digər ölkələrdən buraya turistlər gəlir və dünyanın müxtəlif iş adamları bu şəhərdə sərmayə yatırımı edirlər.

Ğurdəqənin 10 min kvadrat metr sahəsi olan antikalar muzeyi şəhərin ən yeni turizm və istirahət mərkəzlərindən biridir. Muzeydə tarixin müxtəlif dövrlərinə aid 2 min civarında müxtəlif antik ekspanat və əsərlər saxlanılır.

Muzeydə saxlanılan nadir tarixi əsərlərdən biri də Osmanlı imperatorluğu dövrünə aid əlyazma Qurani-Kərim nüsxəsidir. Bu nüsxəni Osmanlı dövrünün hüsnxətt ustadı Seyyid Əli Nuri 1843-cü ildə kitabət etmişdir. Nüsxənin ilk səhifəsi gül və bitki rəsmləri ilə bəzədilmişdir. Bu təbii mənzərənin ortasında Fatihə surəsi kitabət edilmişdir. Eyni üslubda bəzədilmiş ikinci səhifədə isə Bəqərə surəsinin ilk ayələri yazılıb.  

Bu Quran nüsxəsi muzeyin "Ələvilər Ailəsi"nə aid eksponatlar bölməsində şüşə qutuda nümayiş olunur.

Ğurdəqə muzeyi ilə tanış olmaq üçün qarşıdakı linkə keçid edin: ĞURDƏQƏ MUZEYİ

/3912531

خودنمایی نسخه کمیاب قرآن کریم در موزه «غردقه» مصر / گزارش

خودنمایی نسخه کمیاب قرآن کریم در موزه «غردقه» مصر / گزارش


 
خودنمایی نسخه کمیاب قرآن کریم در موزه «غردقه» مصر / گزارش
 
خودنمایی نسخه کمیاب قرآن کریم در موزه «غردقه» مصر / گزارش
 
خودنمایی نسخه کمیاب قرآن کریم در موزه «غردقه» مصر / گزارش
captcha