IQNA

12:33 - July 28, 2020
Xəbər sayı: 3487752
Tehran (IQNA) - İmam Məhəmməd Baqirin (ə) şəhadəti münasibətilə Kərbəlada İmam Hüseynin (ə) və Həzrəti Əbülfəzlin (ə) ziyarətgahına qara bayraqlar yerləşdirilib.
İmamın (ə) şəhadət gecəsinin daxil olması münasibətilə Kərbəladakı mütəhhər hərəmlərin bütün səhnləri, sütunlu dəhlizləri və eyvanlarına qara rəngli parçalar yerləşdirilib.
 
Qeyd edək ki, bu gün (28 İyul 2020) İmam Baqirin (ə) şəhadəti günüdür. 
 
İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.
 
Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur.
 
İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində, Zil-hiccə ayının 7-də Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin (ə) İmamət dövrü on səkkiz il olub.  /3913063
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: