IQNA

1:12 - July 29, 2020
Xəbər sayı: 3487760
Qüds müftisi və Əl-Əqsa məscidinin xətibi şeyx Məhəmməd Hüseyn sionistlərin Qurban bayramı ərəfəsində Əl-Əqsaya hücum çağırışlarının təhlükəliliyi barədə xəbərdarlıq edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Qüds müftisi və Əl-Əqsa məscidinin xətibi şeyx Məhəmməd Hüseyn sionistlərin Qurban bayramı ərəfəsində Əl-Əqsaya hücum çağırışlarının təhlükəliliyi barədə xəbərdarlıq edib.

Müsəlmanlara hücum çağırışlarının olduqca təhlükəli olduğunu deyən müfti bunun bütün müsəlman dünyasına qarşı bir addım olduğunu qeyd edib.

O bildirib ki, sionistlərin hazırladığı hücumun məsuliyyətini İsrail rejimi daşıyacaq.

Şeyx Məhəmməd Hüseyn beynəlxalq təşkilat və mərkəzləri, o cümlədən BMT, ərəb və İslam dünyası əl-Əqsa məscidinin və Fələstindəki müqəddəs məkanların müdafiəsinə qalxmağa səsləyib.

Qeyd edək ki, işğal edilmiş Fələstin torpaqlarında məskunlaşdırılan yəhudilər İsrail rejimi ordusunun dəstəyi ilə dəfələrlə əl-Əqsa məscidinə hücum ediblər.

Xatırladaq ki, HƏMAS hərəkatına sionistlərin bu planına reaksiya verərək bildirib ki, bu cür hərəkətlər böyük müharibəyə səbəb ola bilər və İsrail rejimi buna görə cavab verəcək. (az.shafaqna.com)

Ad:
E-poçt:
* Comment:
* captcha: