IQNA

22:50 - August 14, 2020
Xəbər sayı: 3487882
Rohingiyalı müsəlmanların hüquqlarını müdafiə edən bir təşkilat Myanma hökumətinin 2017-ci ildə Gu Dar Pyin kəndində öldürülən müsəlmanların sayını az göstərdiyini bildirib.
Rohingiyalı müsəlmanların hüquqlarını müdafiə edən bir təşkilat  Myanma hökumətinin 2017-ci ildə Gu Dar Pyin kəndində öldürülən müsəlmanların sayını az göstərdiyini bildirib. 
 
Maide.Az “Anadolu” agentliyinə istindala xəbər verir ki, Arakanlı Rohingiya  Barışıq və İnsan Haqları Dərnəyinin (ARSPH) verdiyi yazılı açıqlamada, ölənlərin sayının əsl rəqəmləri əks etdirmədiyini bildirilib  və Arakan əyalətindəki Gu Dar Pyin kəndindəki hadisələrlə əlaqədar yayımlanan istintaq hesabatı  rədd edib. 
 
Açıqlamada bildirilib ki, Myanma hərbi və mülki  hökumət orqanları tərəfindən hazırlanan hesabatda ölənlərin sayının 19 olduğu bildirilsə də, kənddə ən az 243 mülki şəxs öldürülüb. 
 
Myanma ordusunun Gu Dar Pyin kəndində törətdiyi cinayətlərlə  bağlı  məlumatın Arakan qaçqın müsəlmanlarının yaşadığı Banqladeşdəki  Koks Bazar şəhərində ailələrlə edilən müsahibələr nəticəsində əldə edildiyi bildirilib. 
 
Bəyanatda Gu Dar Pyin kəndindəki hadisələr barədə həqiqətlərin tam və şəffaf şəkildə açıqlanmasına çağırılıb.
 
Qeyd edək ki, Human Rights Watch (HRW) tərəfindən İyul ayında yayımlanan bir hesabatda, "yüzlərlə ağır silahlı əsgər və polis" iştirak etdiyi əməliyyatda 300-400 Rohingya mülki vətəndaşının öldürüldüyü qeyd edilirdi.
 
HRW-nin hesabatında təhlükəsizlik qüvvələri tərəfindən qaçırılan qadın və qızların təcavüz edildiyi də bildirildi.
 
Myanma hökuməti və ordusu da təhlükəsizlik qüvvələrinin terror təşkilatı ünsürlərinin hücumlarına cavab verdiyini və bu çərçivədə 19 terrorçunun öldürüldüyünü iddia edərək insan haqları təşkilatlarının hesabatlarını qəbul etmir. 
 
Arakan müsəlmanlarının etnik təmizlənməsi
 
Arakanda 2012-ci ildə Buddistlər və Müsəlmanlar arasında qarşıdurma başlandı, əsasən müsəlman olan minlərlə insan qətlə yetirildi və yüzlərlə ev və müəssisə yandırıldı.
 
25 Avqust 2017-ci ildə Arakanda sərhəd postlarına eyni vaxtda edilən hücumlardan sonra Myanma ordusu və Buddist millətçilər müsəlmanlara qarşı kütləvi zorakılığa başladılar.
 
BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 mindən çox olub. 
 
Beynəlxalq insan haqları təşkilatları yüzlərlə kəndin yayımladığı peyk şəkilləri ilə məhv edildiyini sübut etdi.
 
BMT və beynəlxalq insan haqları təşkilatları Arakanlı müsəlmanlarına qarşı zorakılığı "etnik təmizləmə" və ya "soyqırım" adlandırır.
Ad:
E-poçt:
* Comment:
* captcha: