Qəzza zolağı və İordan çayının qərb sahillərində yaşayan fələstinlilər bu etiraz yürüşləri keçirərək BƏƏ-nin bu addımını xəyanət adlandırıblar.
Etiraz aksiyalarında iştirak edən fələstinlilər "Məhəmməd bin Zayid Ali Nihyan" (Əbu-Zəbinin vəliəhdi), Amerika prezidenti Donald Tramp və sionist rejiminin baş naziri Binyamin Netanyahunun şəkillərini yandıraraq BƏƏ əmirlərinin bu addımını məhkum ediblər.