IQNA

Moskvada Məhərrəm ayının qarşılanması mərasimi keçirilib

21:23 - August 21, 2020
Xəbər sayı: 3487936
Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli Əhli-beytsevərlərin geniş iştirak edib.
Moskvada Məhərrəm ayının qarşılanması mərasimi keçirilibBeynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Giperssilka-a istinadla xəbər verir ki, Rusiyada paytaxtı Moskva şəhərində Məhərrəm-Səfər əyyamının gəlişi münasibətilə mərasim keçirilib. Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli Əhli-beytsevərlərin geniş iştirak edib.     

Mərasimdən əvvəl camaatla qılınan məğrib və işa namazlarından sonra zülmə dəstək verən və onun həyata keçməsinə yardım edənlərin lənətləndiyi Aşura ziyarətnaməsi oxunub. 

Daha sonra Quran tilavətilə başlayan mərasimi Məşhədi Camal Babayev rus dilində söhbət edib. C.Babayev Kərbəla hərəkatında bəzi nöqtələrə toxunub, İmam Hüseyn (ə) hərəkatının cins, irq, rəng, yaş və sair ayrı seçkilik tanımadığını vurğulayıb. 

Ali Məqamlı Rəhbərin Rusiyadakı nümayəndəsinin müavini Hacı Seyyid Mənsur Təhmasibi azərbaycan dilində moizə edib, İmam Hüseyin (ə) addımlarının və Kərbəla hərəkatının mahiyyətinə dair bir neçə mühüm mətləbə toxunub. Seyyid Təhmasimi cari ildəki spesifik vəziyyəti nəzərə alaraq yerli hakimiyyət strukturlarının əzadarlıq mərasimlərinin keçirlməsilə bağlı yaradılan imkanlara görə təşəkkürünü ifadə edib, əzadarlara İmam Hüseynə (ə) verdikləri dəyərə görə minnətdarlığını bildirib. Eyni zamanda Seyyid Təhmasibi məxsus durumu nəzərə alaraq möminlərdən xüsusilə ongünlük məclislər boyunca sanitar-gigiyenik normalara və epidemioloji protoklara riayət etmələrini xahiş edib. 

Mərasimdə Ali Məqamlı Rəhbərin Rusiya nümayəndəsi, höccətül-islam vəl-muslimin Hacı Sabir Əkbəri Ciddi və Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov çıxışlar edib.

Çıxışlarda bu günlərdə dünyasını dəyişmiş böyük İslam alimi, uzun illər "Məzhəblərin Yaxınlaşdırlması Təşkilatı"na rəhbərlik etmiş Ayətullah Təsxiri yad olunub, onun dünya və Rusiya müsəlmanları qarşısındakı xidmətləri xatırlanıb. 

Əhli-beyt (ə) məddahlarının nöhə, mərsiyyə və zikri-musibətləri ilə davam edən əzadarlıqdan sonraCənab Ciddinin duaları ilə mərasim yekunlaşıb.

Qeyd edək ki, cari ilin avqust ayının 21-i Məhərrəm ayının ilk günüdur, avqustun 20-i axşamı isə Məhərrəm ayının ilk gecəsi yaşanıb. Bu gecə həm də hicri-qəməri təqvimilə 1442-ci ilin ilk gecədir. 

captcha