IQNA

11:07 - September 09, 2020
Xəbər sayı: 3488070
Nigeriyanın paytaxtı Abucada Ali Məhkəmənin qərarı ilə Nigeriya İslam Hərəkatının (İMN) 6 xanım üzvü həbsxanada 13 ay keçirdikdən sonra, girov müqabilində azadlığa buraxılıb.
Nigeriyanın paytaxtı Abucada Ali Məhkəmənin qərarı ilə Nigeriya İslam Hərəkatının (İMN) 6 xanım üzvü həbsxanada 13 ay keçirdikdən sonra, girov müqabilində azadlığa buraxılıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, girov ötən həftə verilsə də, İMN-nin həbsdəki 6 xanım üzvü ötən gecə azadlığa buraxılıb.
 
Məhkəmənin qərarı ilə azadlığa çıxanlardan biri olan Hauva Aminu Kodeni Kano ştatının Kude qəsəbəsində yüzlərlə İMN tərəfdarı qarşılayıb.
 
Hauva Aminu Kode onun qarşılamaq üçün toplaşan bütün insanlara təşəkkür edib və Nigeriya İslam Hərəkatının liderini bundan sonra da dəstəkləyəcəyini bildirib və Şeyx Zəkzəkinin qanunsuz həbsinə dərhal son qoyulmasını tələb edib. Şeyx Zəkzəkinin rəhbərlik etdiyi bu yolun doğru bir yol olduğunu və ölümlə üzləşsə belə, insanları bu yolda sabit qalmağa dəvət edib.
 
Hauva Aminu Kode 2019-cu ilin iyul ayında Abucada keçirilən dinc Şeyx Zəkzəkiyə azadlıq etiraz aksiyası zamanı həbs olunmuşdu. O, 2015-ci ilin dekabrında M.Buxarinin əmri ilə əsgərlərin Şeyx Zəkzəkinin iqamətgahına hücum etdiyi vaxt Zariyada əsgərlər tərəfindən öldürülən Şahid İbrahim Aminu Kodenin anasıdır.
 
Bir sıra məhkəmələrdən sonra onlara zaminlik verilib. Abuca şəhərində Şeyx İbrahim Zəkzəkinin sərbəst buraxılmasını tələb edən adi dinc yürüş zamanı həbs olundular. Şeyx Zəkzəki və həyat yoldaşı, sağlamlıq vəziyyətlərinin pis olmasına baxmayaraq lazımi tibbi yardım tələb olunmasına baxmayaraq hələ də Kaduna Dövlət həbsxanasında saxlanılır.
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: