Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)Sputnik-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Amerikanın “SITE Intelligence Group” şirkəti yayıb.
Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.
Karikaturaların 2015-ci ildə baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağı deyilir.
Bundan əvvəl Tehran Fransanın “Charlie Hebdo” qəzetində İslam peyğəmbərinin karikaturalarının təkrar buraxılmasını pisləyib.
2015-ci il yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları Parisdə “Charlie Hebdo” redaksiyasına hücum ediblər. Onlar 12 nəfəri, o cümlədən 8 jurnalisti və rəssamı öldürüblər.
Az.shafaqna.com
