IQNA

17:52 - September 25, 2020
Xəbər sayı: 3488186
Hacı Ümmü Səəd səksən yaşlarında olan bir xanımdır. Həcmi kiçik və böyük bərəkəti olan xidmət yerində, hər gün gecə saat 03:00-da qalxıb axşam namazına qədər Bəsrədən Müqəddəs Kərbəlaya tərəf gedən İmam Hüseyn (ə) ziyarətçilərinə xidmət edir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyerler.org"-a istinadən xəbər verir ki, Hacı Ümmü Səəd nənə Bəsrənin şimal əyalətlərində bir şəhərdə yaşayır. Uşaqları və nəvələri ona kömək edirlər.
 
“Bu xidmət yerini 2003-cü ildə (Səddam rejiminin süqutundan sonra) açdım. Bu yolda ilk xidmət yeri mənimki idi. Allaha həmd olsun, Həzrət İmam Hüseynin (ə) məqamı vəsitəsi ilə xeyir-bərəkət gördük. Artıq xidmət yeri qurmaq üçün boşbir yer belə yoxdur. Allah üçün olan şey artar və çoxalar. Yaşlılığım xidmət etməyimə mane olmur. Əksinə, İmam Hüseyn (ə) və Həzrət Zeynəbi Kübranın (s.ə) addımlarına ayaq basmaq günəş çıxandan gün batana qədər ayaqda durmağıma imkan verir. Allah Təaladan gördüyümüz bu kiçik şeyləri qəbul etməsini diləyirik”, - deyə yaşlı nənə bildirib.
 
Oğlu şəhid olduğu üçün Hacı Ümmü Səəd nənənin səsi zədələnmişdir. Ancaq buna baxmayaraq qonaqları yüksək səslə qarşılayır və yola düşəndə yola salır.
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: