IQNA

13:51 - September 26, 2020
Xəbər sayı: 3488197
Tehran (IQNA)  - Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "Hüseynçi Uşaqlar" şöbəsi "Kiçik Hüseynçilər" (حسینی الصغیر) fotoqrafiya yarışı keçiriləcəyini xəbər verib.

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "Hüseynçi Uşaqlar" şöbəsi "Kiçik Hüseynçilər" (حسینی الصغیر) fotoqrafiya yarışı keçiriləcəyini xəbər verib.

İmam Hüseyn (ə) əzadarlığı və uşaqlar mövzusunda olacaq bu müsabiqə ƏRBƏİN ziyarəti yollarındakı əzadarlıq mukiblərində keçiriləcək.

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "Hüseynçi Uşaqlar" şöbəsinin məsulu Məhəmməd əl-Həsnavi bu barədə deyib: ƏRBƏİN mərasimi günlərinin yaxınlaşması münasibəti ilə mukiblərdə uşaqlar və İmam Hüseyn (ə) əzadarlığı mövzusunda keçiriləcək fotomüsabiqədə iki yaş qrupu iştirak edəcək: 15 yaşından aşağı uşaqlar və yeniyetməlr və 15 yaşdan yuxarı cavanlar.

Yarışın qalibləri mükafatlandırılacaq. Birinci yeri qazanana 200 min dinar, ikinci və üçüncü yerlərə 150 və 100 min dindar veriləcək. Uşaqlar kateqoriyasında fərqlənənlərə isə "Microflex201" fotoaparatı hədiyyə veriləcək.  

O əlavə edib: Fotolar Səfər ayının 22-dək aşağıda göstərilən ünvanlara göndərilməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini aşağıdakı elektron ünvanlardan birinə göndərə bilərlər:

http://alhussini.mgz@gmail.com

Teleqram: ۰۰۹۶۴۷۷۰۲۸۰۰۸۵۲

/3925088

Ad:
E-poçt:
* Comment:
* captcha: