IQNA

6:31 - September 30, 2020
Xəbər sayı: 3488226
Nigeriyadakı İslam Hərəkatının (İMN) Akademik Forumu Şeyx İbrahim Yaqubi Zəkzəkinin səhhətinin sürətlə pisləşdiyini və təcili addımlar atılmasa həyatını itirə biləcəyini açıqlayıb.
Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin sağlamlığı ciddi təhlükəli səviyyəyə çatıb.
Nigeriyadakı İslam Hərəkatının (İMN) Akademik Forumu Şeyx İbrahim Yaqubi Zəkzəkinin səhhətinin sürətlə pisləşdiyini və təcili addımlar atılmasa həyatını itirə biləcəyini açıqlayıb.
İMN-nin Akademik Forumu Nigeriya hökümətini ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin dərhal həbsdən azad etməyə çağırıb.
Şeyx Zəkzəki azadlığa buraxılmasına dair məhkəmə qərarlarına baxmayaraq, illərdir həbsdədir.
Şeyx Zəkzəki Kaduna əyalətinin Zaria şəhərində Nigeriya ordusunun şiə müsəlmanlara hücum etməsindən sonra 2015-ci ilin dekabrında həbs olunub.
Akademik Forumun sözçüsü Abdullahi Məhəmməd Musa prezident Məhəmmədu Buxarini təcili tibbi müdaxilədən imtina etməklə Şeyx Zəkzəkinin sağlamlığı ilə oynaqmada ittiham edib: “Buxari fundamental hüquqları tapdalayaraq, Şeyx Zəkzəkiyə və həyat yoldaşı Malama Zinətə qarşı hər şeyi praktik olaraq icra etdi. Azadlıq, ləyaqət, toxunulmaz yaşamaq hüququ hər gün təhdid olunur. Bədənindəki qanın qurğuşun səviyyəsinin insanlar üçün gözlənildiyindən qat-qat yüksək olmasına görə, zəhərlənmə verən güllə qəlpələri bir-birinin ardınca fəsadlar yaratmağa davam edir və onların həyatları ciddi təhdid və təhlükə altındadır”.
Şeyx Zəkzəki və həyat yoldaşının sağlamlıq vəziyyəti anti-sanitariya şəraitində olan Kaduna həbsxanasındakı daha da pisləşməkdədir. Cütlük ağır xəstədirlər və Buxari onları tədricən öldürmək istəyir. Vəziyyətləri pisləşməyə davam etdiyi üçün onları ölümlərinə görə məsuliyyət Buxarinin üzərində olacaq. Yekunda Şeyx İbrahim Zəkzəkinin və həyat yoldaşının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik. ” /Deyerler /

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: