IQNA

7:05 - October 02, 2020
Xəbər sayı: 3488246

Dərbənddə Cümə məscidinin həyətində böyüyən qədim çinar “Rusiyada İlin Ağacı” seçilib

Dağıstanın Dərbənd rayonunun tarixi ərazisindəki qədim Cümə məscidinin həyətində böyüyən 283 yaşlı çinar “Rusiyada İlin Ağacı – 2020” milli yarışmasında qalib gəlib.

Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, şərq çinarı üçün 39 082 səs verilib.

Qalib gələn ağac 2021-ci ildə keçiriləcək “Avropada ilin ağacı” beynəlxalq müsabiqəsində Rusiyanı təmsil edəcək.

captcha