IQNA

Pakistan hərbçilərinin Qarabağa göndərilməsi xəbərinə münasibət bildirib

10:26 - October 04, 2020
Xəbər sayı: 3488269
Pakistan rəsmisi Qarabağ müharibəsində azərbaycanlı qardaşlarını dəstəklədiyini bildirib və vurğulayıb ki, Qarabağa ordu qüvvələrinin göndərilməsi də əsassızdır.

Pakistan Ermənistana qarşı döyüşmək üçün ordu qüvvələrinin Azərbaycana göndərilməsilə bağlı iddiaları təkzib edib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Zahid Hafiz Çoudri ölkə mətbuatına açıqlamasında deyib.

Pakistan rəsmisi Qarabağ müharibəsində azərbaycanlı qardaşlarını dəstəklədiyini bildirib və vurğulayıb ki, Qarabağa ordu qüvvələrinin göndərilməsi də əsassızdır.

“Hindistan mediasında Pakistan hərbçilərinin Azərbaycana göndərilməsi kimi xəbərlərin yayımlanması əsassız iddialardır. İslamabad Ermənistanla müharibədə heç bir qüvvə göndərməyib. Bəzi tərəflərin bu addıma əl atması bölgədə gərginliyi artırmaq məqsədi daşıyır”, deyə Pakistan rəsmisi eyni zamanda Ermınistana da çağırış edib və Qarabağda hücumları dayandırmağı tələb edib.

captcha