“Ayətullah Xameneinin dediyi kimi Qarabağ İslam torpağıdır. Bu torpağın azadlığı uğrunda ölənlər şəhiddir.”
SalamNews xəbər verir ki, bunu Ayətullah Xameneinin Şərqi-Azərbaycan üzrə nümayəndəsi Təbrizin imam-cüməsi höccətül-islam Ali-Haşim deyib.
Azərbaycan xalqına başsağlığı verən Təbrizin imam-cüməsi Qarabağda gedən döyüşlərə münasibət bildirərək, İranın Azərbaycan Respublikasının yanında olduğunu, Qarabağın islam torpağı hesab edildiyi və burada ölənlərin şəhid olduğunu qeyd edib.
Bununla yanaşı Seyid Ali-Haşim bildirib ki, müharibə heç kimin lehinə deyil. Seyid Ali-Haşim münaqişənin etibarlı diplomatik kanallarla həll edilməsini istəyib.