IQNA

13:11 - October 10, 2020
Xəbər sayı: 3488333
Tehran (IQNA)  - Britaniyalı araşdırmaçı yazar Maykıl Kuka (Michael Cook) elmi araşdırmalarına görə İslamşünaslıq və Şərqşünaslıq barədə dünyanın ən mötəbər mükafatı təqdim edilib.

Britaniyalı araşdırmaçı yazar Maykıl Kuka (Michael Cook) elmi araşdırmalarına görə İslamşünaslıq və Şərqşünaslıq barədə dünyanın ən mötəbər mükafatı təqdim edilib.

Maykıl Kuk "Prinsiton" (Princeton University) universitetinin Orta Şərq Araşdırmaları institutunun professorudur.

O, uzun müddət İslamşünaslıq və Şərqşünaslıq sahəsində apardığı elmi tədqiqatlar və elmi əsərlərinə görə dünyanın ən etibarlı mükafatlarından birini, yəni "Middle East Medievalists Lifetime Achievement Award" (Orta Şərqin bir ömür orta əsr nailiyyəti mükafatı) əldə edib.

Maykıl Kuk 1986-cı ildən Prinsiton universitetinin elmi heyətinin, Amerikanın elmlər akademiyası və Fəlsəfə birliyinin üzvüdür.

İslamşünaslıq, İslam dünyasının təfəkkür tarixi, İslam sivlizasiyası və mədəniyyətinin cəmiyyətdə dini dəyərlərin formalaşdırılmasında rolu və digər mövzularda bir çox elmi əsərlərin müəllifidir.

Onun "İslam təfəkküründə yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək" kitabı 2001-ci ildə Middle East Studies Association Albert Hourani Book Prize" mükafatına layiq görülüb.  /3928301

Ad:
E-poçt:
* Comment:
* captcha: