IQNA

21:33 - October 10, 2020
Xəbər sayı: 3488335
Tehran (IQNA)  - Qurani-Kərim Şərqi Asiyada ilk dəfə 1934-cü ildə Yaponiyanın Tokio şəhərində Yaponiya, Koreya və Tayki Adasından olan müsəlman xeyriyyəçilərin təşəbbüsü ilə çap və nəşr edilib.

Qurani-Kərim Şərqi Asiyada ilk dəfə 1934-cü ildə Yaponiyanın Tokio şəhərində Yaponiya, Koreya və Tayki Adasından olan müsəlman xeyriyyəçilərin təşəbbüsü ilə çap və nəşr edilib.

Yaponiyada 19-cu əsrdən yaşayan Tatar və Türkmən müsəlmanlarının təşəbbüsü ilə 1934-cü ilin Yanvar ayının 12-də ərsəyə gələn bu Quran nüsxəsi Kazan xətti ilə və həm də 1913-cü ildə Kazanda çap edilən Quran nüsxəsinə uyğun olaraq 500 nüsxədə çap edilir.

"Tokio Müshəfi" Şərqi Asiyada çap və nəşr edilən ilk Quran nüsxəsi hesab edilir.

Bu nüsxənin çapı üçün şirftlər və çap vasitəsiləri 1928-ci ildə Türkiyədən Yaponiyaya gətirilmişdi.

Quranın çapına Yaponiya, Koreyanın Seul şəhəri və Tayki adaları müsəlmanları maddi dəstək olmuşdular.

Çapdan çıxan Tokio Müshəfi o zaman Çin, Koreya, Finlandiya, Polşa və digər ölkələrdə yaşayan tatar müsəlmanlar üçün göndərilmiş və nəfis bir nüsxəsi isə Tokiyonun İslam Cəmiyyəti tərəfindən Yaponiyanın 124-cü imperatoruna (1926-1989) hədiyyə edilmişdi.

Hazırda Tokio Müshəfinin bir nüsxəsi Tatarıstanın "QulŞərif" məscidinin İslam Mədəniyyəti muzeyində saxlanılır.   /3928341

Ad:
E-poçt:
* Comment:
* captcha: