İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının məddahı, xətibi tanınmış din xadimi Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi Oktyabr ayının 11-i Küveytdə vəfat edib.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Ayətullah Əl-Təvircəvi, 73 yaşında Küveytdəki Əl-Əmiri xəstəxanasında dünyasını dəyişib.
Ayətullah Seyyid Casim ət-Tüveyrəcavinin ölümündən sonra İraqın baş naziri Mustafa Əl-Kazıminin əmri ilə cənazənin Nəcəfül Əşrəfə gətirilməsi üçün hərbi təyyarə göndərilib.
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının xətibi ölümündən sonra Seyid Əmmar Əl-Həkim və sabiq baş naziri Nuri Əl-Maliki kimi şəxsiyyətlər onun ölümü ilə əlaqədar başsağlığı veriblər və müsəlman ümmətinin tanınmış bir xətibini itirdiyini vurğulayıblar.
Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi dəfn olunmaq üçün oktyabrın 12-si Kərbəla şəhərinə gətirilib.
Mərhum Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi Kərbəla xalqının izdihamlı iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında dəfn edilib.
Digər tərəfdən, Ayətullah Seyyid Casim ət-Tüveyrəcavinin ölümündən sonra Kərbəla qubernatoru bu şəhərdə iki günlük kütləvi matəm elan edib.
Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi İmam Hüseynin (ə) pak hərəminin həyətinin içindəki Əl-Şiraziyə qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi 1947-ci ildə Nəcəfül-Əşrəf şəhərində anadan olmuşdur. Ömrünü Əhli-Beytə (ə) xidmət etməklə keçirmiş və adı Əhli-Beytin (ə) xidmətçiləti arasında qeydə alınmış İmam Hüseyn (ə) minbərinin görkəmli natiqlərindən biridir.
O, 1962-1980-ci illərdə İmam Hüseynin (ə) hərəminin günbəzi altında rözə mərasimi keçirmişdir.
Nəcəf seminariyasında Şeyx İzzəddin Əl-Cəzairi və Şeyx Taha Əl-Bəsri kimi alimlərdən dərs almış. 1980-ci ildə, İraqdakı vəziyyət qarışıq olduğu, edam və həbslər Səddam rejimi dövründə ən yüksək səviyyədə olduğu zaman, Küveytə getmiş və orada yaxşı qarşılanmışdı. Bəəsçilərin Küveytə gəlişindən sonra 1990-cı ildə İrana getmişdi.
Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi İran, Suriya, Livan, Səudiyyə rejimi, Küveyt, Bəhreyn rejimi, Qətər və İngiltərədə rözə məclisləri qurmuşdur.
Ayətullah Seyyid Casim ət-Tüveyrəcavi Seyid Möhsün Əl-Həkimi mənəvi atası hesab edir və Nəcəfül Əşrəfin rəhbərliyi ilə daim təmasını qoruyur. Ayətullah Seyid Məhəmməd Baqir Sədr də cümə gecələri Kərbəlaya gəlib və onun məclislərində iştirak edərdi.
Deyerler.org